Bakıda yanan körpələrin babası da vəfat etdi

  • 2022.07.05 16:44
  • 3514 Baxış
Bakıda yanan körpələrin babası da   vəfat etdi

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Sabunçu rayonunda evin yanması nəticəsində bir ailənin iki üzvü ölüb, beşi yaralanmışdı.


Medicina.az xəbər verir ki, Bakıda evin yanması nəticəsində xəsarət alan ailənin daha bir üzvü, körpələrin babası, 70 yaşlı Abbasov Qafar Qəni oğlu da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, məlum hadisə iyunun 29-da Bakının Kürdəxanı qəsəbəsində qeydə alınıb. Fərdi yaşayış evlərindən birində baş verən yanğın nəticəsində əkiz körpələr ölüb, ailənin beş üzvü isə yaralanmışdı.

Mövzu ilə əlaqədar
Kürdəxanıda faciə ilə bitən yanğının TƏFƏRRÜATI: “Körpələr çar