Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıdakı partlayışda yaralanan olub? - Rəsmi

  • 2025.06.27 00:03
  • 323 Baxış
Bakıdakı partlayışda yaralanan olub? -  Rəsmi




26.06.2025-ci il tarixində saat 23:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Yasamal rayonu ərazisində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə APA-nın sorğuna cavab olaraq TƏBİB-dən bildirilib

Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.

Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

Ətraflı məlumat veriləcək.


****

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Medicina.az -a bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.


“İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, - rəsmi məlumatda vurğulanıb.