Bakıdan Tbilisiyə uçuşlar dayandırıldı - Nə vaxta kimi?

  • 2020.03.14 00:08
  • 2027 Baxış
Bakıdan Tbilisiyə uçuşlar dayandırıldı -  Nə vaxta kimi?
Gürcüstan və Azərbaycan arasında hava əlaqəsinin bağlanması ilə əlaqədar “Buta Airways” aviaşirkəti 14 mart tarixindən etibarən Bakı-Tbilisi-Bakı istiqaməti üzrə reysləri dayandırıb.

Medicina.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. Bildirilib ki, qərar martın 24-dək qüvvədə olacaq.

Qeyd olunub ki, həmin vaxt üçün aviabilet almış sərnişinlər uçuş tarixlərini dəyişdirə və ya aviabiletləri əldə etdikləri yerdə cəriməsiz qaytara bilərlər.