Bakının çirkli havası beynin işini pozur – Cəmi 2 saat…

  • 2023.01.30 15:10
  • 2081 Baxış
Bakının çirkli havası beynin işini pozur  – Cəmi 2 saat…

Beynin koqnitiv funksiyalarının pozulması üçün hətta az miqdarda və müəyyən müddətdə atılmış qazların təsiri yetərli ola bilir.

Bakupost.az xəbər verir Britaniya Kolumbiya universitetinin alimləri xüsusən şəhər havasının beynin işini necə pozduğunu araşdırıb.

Eksperimentdə 25 sağlam insan dizel və benzin yanacağı yanma prosesində havaya atılan maddələrlə dolu hava alıb, eləcə də müxtəlif vaxtlarda təmiz filtrə olunmuş oksigenli hava qəbul ediblər.

Hər mərhələdən sonra onların beyni MRT olunub. Sonra beynin yaddaş, düşüncə və koqnitiv funksiyalara cavabdeh nahiyələrində dəyişikliklər analiz olunub.

Nəticələr göstərib ki, hətta qısamüddətli çirkli hava ilə nəfəs aldıqdan 2 saat sonra beynin bu hissələrində aktivlik düşüb.

Eləcə də bu adamlarda depressiya əlamətləri yaranmağa başlayıb.

Amma yaxşı tərəf odur ki, beyindəki bu dəyişikliklər müvəqqəti olub, təmiz havadan sonra vəziyyət normallaşıb.
Təbii ki, beyində bu zəifləmə daimi ola bilər, əgər insan uzun illər belə maddələrlə zəhərli hava ilə nəfəs alarsa.
2022-ci ildə Psixiatriya və Nevrologiya institutunun alimləri iri şəhər, paytaxtlarda çox çirklənmiş havanın psixi pozulmaları 21% artırdığını sübut etmişdi.

Qeyd edək ki, Azərbaycanda tullantı qazlarla ən çox çirklənmiş şəhər Bakı, Sumqayıt, eləcə də Abşerondur.
Son zamanlar hətta uşaqlada koqnitiv funksiyaların, gənclərdə depressiya və yaddaşın pozulmasında 50% rolu şəhərin havası oynayır.

Aygün Musayeva