Balakəndə boğazı kəsilən qız öldü

  • 2022.07.27 15:33
  • 3345 Baxış
Balakəndə boğazı kəsilən qız öldü


Balakəndə bu gün bıçaqlanan qadın ölüb.

Medicina.az xəbər verir ki, boğazı kəsilən Emilya Abdurahmanova xəstəxanada keçinib.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.



Balakəndə küçədə 21 yaşlı qız bıçaqlanıb.

"Report"un məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu 2001-ci il təvəllüdlü Emilya Abdurahmanovaya qısqanclıq zəminində bıçaqla xəsarət yetirib.

Daha sonra yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, E.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.