Balı isitmək olarmı – Zəhərləyir?

  • 2023.01.17 19:54
  • 2256 Baxış
Balı isitmək olarmı  – Zəhərləyir?

Yəqin bir çoxunuz eşidib ki, balı qaynar suya, çaya qatmaq, isidib içmək olmaz.

Balı isidildikdə həqiqətənmi zərəri faydasından çox olur?

“Medicina” xəbər verir ki, antioksidant, probiotik, amin turşusu, mineral, fermentlə zəngin balda mikrob, bakteriya olmadığı üçün onları məhv etmək üçün məhsulu isitmək, qızdırmaq lazım deyil.
Çiy halda da o təhlükəsizdir.

Bəs balı isitdikdə o toksiki təsir edirmi?

Balın tərkibi və inqridiyentləri isidildikdə azala bilər, amma bal heç vaxt toksiki ola bilməz.
Bal qızdırıldıqda faydalı təsiri, effektivliyi itir. Çünki arının daxilində çiçək tozcuqları və pətəkdə temperatur 30-35 dərəcə olur. Ona görə balı bundan yüksək dərəcədə qızdırmaq olmaz.

Balı isti suya, çaya qatdıqda, onun antimikrob və antibakterial təsiri itir. İnvertaza və diastaza fermenti parçalanır.
Eləcə də bakteriya və viruslarla mübarizə aparan ferment itir. Soyuqdəymədə balı limonlu çaya qatmağın mənası yoxdur.

Baldan bir qaşıq susuz və çaysız ağzınıza qoyub həll edə-edə udun.

Aygün Musayeva