Balqabağı bütöv halda dondurucuya qoymaq mümkündür, amma mütəxəssislər bunun tərəvəzin quruluşunu korlaya biləcəyini bildirirlər.
Medicina.az xəbər verir ki, tərkibində 90 faizdən çox su olan balqabaq dondurulduqda su kristalları hüceyrələrə zərər verir. Nəticədə tərəvəz əridildikdən sonra yumşaq və sulu olur.
Mütəxəssislər balqabağı dondurmadan əvvəl yumağı, yaxşıca qurutmağı, saplağını çıxarmağı və dilimlərə və ya kub formasında doğramağı tövsiyə edirlər. Daha yaxşı nəticə üçün doğranmış balqabağı 1-3 dəqiqə qaynar suda saxlamaq, daha sonra buzlu suya qoymaq olar.
Hazırlanmış balqabağı əvvəlcə nimçədə ayrı-ayrılıqda dondurmaq, sonra dondurucu paketinə yığmaq məsləhətdir. Bu üsulla parçalar bir-birinə yapışmır və lazım olan qədər götürmək mümkün olur.
Xanım,
Medicina.az