Balqabaq çəyirdəyinin inanılmaz FAYDALARI: Xərçəng riskini azaldır, qocalmanı gecikdirir...

  • 2021.07.08 12:10
  • 1428 Baxış
Balqabaq çəyirdəyinin inanılmaz FAYDALARI:  Xərçəng riskini azaldır, qocalmanı gecikdirir...
Balqabaq çəyirdəyinin faydaları çiy olaraq və ya şirniyyatların içərisində qəbuluna görə dəyişir.

Medicina.az xəbər verir ki, tərkibində sink, dəmir və bir çox minerallar mövcuddur. Bu da qan dəyərlərinin yüksəlməsinə kömək edir. Qadınlarda erkən klimaks riskini azaldır.

Bəs digər faydaları nədir?

• Xərçəng riskini azaldır

• Təbii antioksidantdır.

• Vücuddan toksinləri atır

• Qocalmağın gecikdirilməsində effektlidir.

• Ürəyinizi balqabaq tumu ilə qoruyun – qan şəkərini aşağı salır. 2-ci tip diabet xəstələrinə xüsusilə tövsiyə olunur.

• Qan şəkərini azaldır

• Qan təzyiqinin qarşısını alır

• Yaxşı xolesterini artıraraq ürəyin yükünü azaldır.

• Prostat və sidik kisəsinin sağlamlığını yaxşılaşdırır

İnsanlar üzərində aparılan bir neçə tədqiqatlar göstərib ki, balqabaq tumunun istifadəsi prostat və sidik kisəsi ilə bağlı probemlər zamanı da kömək edir.

Hamiləlik zamanı vacibdir

Tədiqatlara əsasən, orqanizmdə sinkin səviyyəsi aşağı olduqda, bu, doğuşla bağlı hormonlara mənfi təsir göstərir və adətən onun miqdarının artırılması məsləhət görülür. Bu baxımdan tərkibində çoxlu sink olan balqabaq tumu kifayət qədər xeyirlidir.

Bir stəkan balqabaq tumu gündəlik sink, dəmir və E vitamini ehtiyacınızın hamısını, yarım stəkan balqabaq tumunu isə gündəlik maqnezium ehtiyacınızın hamısını qarşılayır.

Omeqa 3 və omeqa 6 beyin funksiyalarının fəaliyyətinə kömək edir. Həmçinin zehni inkişafa müsbət təsir edir.

Doymamış yağ nisbəti yüksək olduğundan qandakı triqliserid salır, yəni xolesterin probleminin həll edilməsinə kömək edir./publika.az