Barmağındakı ağrı böyrək xərçənginin əlaməti imiş

  • 2022.06.20 15:15
  • 1937 Baxış
Barmağındakı ağrı böyrək xərçənginin əlaməti imiş


62 yaşlı kişinin ayaq barmağındakı ağrının sonda böyrəkdəki xərçənglə əlaqəli olduğu üzə çıxdı.


Bakupost.az xəbər verir ki, britaniyalı kişi 5 ildir ki, barmağındakı ağrıdan əziyyət çəkirdi. Amma analizlər və rentgen barmaqda bir problem aşkarlamadığından həkimlər onu müalicə edə bilmirdi.


Ağrılar daban və pəncəyə keçdikdən sonra kişi yeriməyə çətinlik çəkdikdə həkimlər əl-ayağa düşür.

Bədəni ümumi müayinə edəndə kişinin böyrəyində nəhəng törəmə şiş aşkar edirlər.

5 il ərzində onun ölçüsü 40 sm-ə çatmışdı.

Ölüm-qalım arasında qalan pasiyent təcili əməliyyata alınıb, onun böyrəyi çıxarılıb.

Kişinin etirafına görə, əgər həkimlər vaxtında onun şikayətini ciddiyə alsaydılar, böyrəyi qoruyub saxlamaq olardı.

Bundan əlavə böyrəkdəki şiş səbəbindən böyrək damarlarında iri tromb da əmələ gəlmişdi.

Hazırda pasiyent remissiya ərəfəsindədir.


Aygün Musayeva
BakuPost