Barmaqlarda yaranmış bu simptom ağciyərdə xərçəngdən ola bilər

  • 2022.01.10 16:46
  • 2261 Baxış
Barmaqlarda yaranmış bu  simptom ağciyərdə xərçəngdən  ola bilər
Ağciyərlərdə olan bəd xəstəliyi barmaqlardakı dəyişikliklərdən anlamaq olar.

Medicina.az xəbər verir ki, britaniyalı həkimlər açıqlayıb.

Böyük Britaniyanın Milli sağlamlıq Xidmətinin əməkdaşları bu qeyri-adi xarici əlaməti tapıblar.

Ağciyər xərçəngində əl barmaqlarının ucu çox nazikləşir və barabar çubuqlarına bənzəyir. Eləcə də dırnaqların deformasiyası başlayır, onlar qabarır və əyilir.

Bu dəyişikliklər ağciyər xərçəngi aşkarlanmış xəstələrin 35-40%-də olub.

Bu xəstəliyin digər əsas əlamətləri öskürək, kürəkdə ağrı, səsin dəyişməsidir.