"Barselona"nın prezidenti karantinə alındı

  • 2020.10.20 16:48
  • 1228 Baxış
"Barselona"nın prezidenti karantinə alındı

İspaniyanın "Barselona" klubunun prezidenti Xosep Bartomeu karantinə alınıb.

"Mundo Deportivo" nəşri xəbər verir ki, buna 57 yaşlı funksionerin koronavirusa yoluxmuş qohumu ilə təmasda olmasıdır. Bartomeunun ilk testinin nəticəsi mənfi olub. O, ikinci testinin nəticəsini gözləyir.

Klub prezidenti bu gün Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun Macarıstan “Ferentsvaroş"u ilə görüşündə iştirak etməyəcək.

Qeyd edək ki, Barselona şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq