"Barselona"nın yeni transferində koronavirus aşkarlandı

  • 2020.08.24 00:50
  • 2064 Baxış
"Barselona"nın yeni transferində koronavirus aşkarlandı
İspaniyanın "Barselona" klubunun yeni transferi Miralem Pyaniç koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin futbolçusunun testi müsbət nəticə verib. 30 yaşlı yarımmüdafiəçi özünütəcrid rejiminə keçirilib. O, Barselonaya 15 gündən sonra yollanacaq.

Qeyd edək ki, Miralem Pyaniç ötən mövsüm İtaliya A Seriyasında "Yuventus"un heyətində 29 oyuna 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.