Baş gicəllənməsi bu hormonal problemin XƏBƏRÇİSİDİR

  • 2020.02.06 17:37
  • 5565 Baxış
Baş gicəllənməsi bu hormonal problemin   XƏBƏRÇİSİDİR
Endokronoloji və metobolizma xəstəlilkər üzrə uzman professor Dr.Ertuğrul Taşan bildirib ki, baş gicəllənməsi sıx qarşılaşılan bir sağlamlıq problemidir və bir çox xəstəliklə bərabər, hormonal xəstəlik səbəbiylə də ortaya çıxa bilər. Medicina.az xəbər verir ki, həkim baş gicəllənməsinin hormonal xəstəliklə əlaqəsini izah edib.

Onun sözlərinə görə, qalxanvari vəzin az işlədiyi hipotiroid: halsızlıq, yorğunluq, çəki artımı,qəbizlik, üz və ayaqlarda ödəm kimi göstəricilərlə özünü göstərə bilər. Bundan əlavə qalxanvari vəzin çox işləməsi isə hipertiroid: tərləmə, iştaha artması, kilo itkisi, əsəb, həyəcan və əl titrəməsi ilə birlikdə baş gicəllənməsi verə bilir.
Hipertiroid bütün yaşlarda şəxslərə təsir etsə də, kişilərə nisbətən qadınlarda 10 qat daha çox müşahidə edilir.


Hansı tip başgicəllənmələr hormonal xəstəlikdən qaynaqlanır?

Göz qaralması, başda keyləşmə, ayaqların yerdə sürüşməsi hissi də xəstələr tərəfindən baş gicəllənməsi kimi başa düşülür. Bunlardan hər hansı birini yaşayan şəxs endokrinoloqa müraciət etməli və lazımı analizləri verməlidir.