Başgicələnmə nədən yaranır - Səbəblər, müalicə, dərmanı

  • 2021.01.22 18:28
  • 6138 Baxış
Başgicələnmə nədən yaranır  - Səbəblər, müalicə, dərmanı


Başgicəllənmə - insanın öz bədənini və ətrafdakı fırlana bilən, "üzə bilən" əşyaların təhrif olunmuş şəkildə qavranması ilə özünü göstərən subyektiv hissdir.


Başgicəllənmənin yaranma səbəbi - mühitdə orientasiyaya cavabdeh olan əsas efferent sistemlərdən alınan sensor (vestibulyar, görmə və proprioseptiv) informasiyaların balanslaşmaması, o cümlədən bu informasiyaların mərkəzi sinir sistemində düzgün işlənməməsidir.
Təyyarədə, avtomobildə və hətta liftdə

Başgicəllənmənin yaranma səbəblərindən daha tez-tez rast gəlinəni hərəkət xəstəliyidir (kinetozlar). Bunların arasında dəniz xəstəliyi, hava, avtomobil, qatar və s. ilə gedərkən meydana çıxan patoloji hallar özünü göstərir. Onlar çox tez-tez solğunluq, tərləmənin artması, zəiflik, baş ağrıları, nəbzin sürətlənməsi, arterial təzyiqin artması və ya azalması, aritmiyalar, ürəkbulanma, qusma ilə müşayiət olunur.


12 yaşa qədər uşaqların 60%-dən çoxu hərəkət xəstəliyindən əziyyət çəkir. Bu, vestibulyar aparatın funksional baxımdan yetişməməsi və asanlıqla qıcıqlanması ilə əlaqəlidir (vestibulyar aparat yalnız 12-16 yaşa qədər tam yetkinləşir). Həmçinin, 16 yaşdan böyük insanların da əksəriyyətində başgicəllənməyə yüksək meyillik var: planetimizin yetkinlik yaşına çatmış əhalisinin 30%-ə qədəri bu sindromdan əziyyət çəkir.

Başgicəllənmə - bir çox xəstəliklərin simptomu

Başgicəllənmə hər hansı bir xəstəliyin, məsələn, ürək-damar və metabolik pozulmalar, müxtəlif mənşəli intoksikasiyalar, onurğanın boyun şöbəsinin osteoxondrozu, mərkəzi sinir sisteminin patologiyaları, orta və daxili qulağın xəstəlikləri, infeksion xəstəliklər və s. təzahürlərindən biri kimi meydana çıxa bilər. Xoşxassəli paroksizmal pozision başgicəllənməyə (XPPB) daha çox rast gəlinir. Menyer xəstəliyi, vestibulyar miqren, narahatlıq halları, vestibulyar neyronit kimi xəstəliklər də başgicəllənmənin aparıcı səbəblərindəndir.


Başgicəllənmə - nevroloji və ümumi somatik praktikada ən geniş yayılmış simptomlardandır.

Bu simptomdan şikayətlərin sayı baş ağrıları və beldə ağrılardan sonra 3-cü yeri tutur. Terapevtlərə müraciətlərin təxm. 5%-i, nevroloqlara və otolarinqoloqlara müraciətlərin isə 10%-ə qədəri onunla bağlıdır. Hazırda gedişatı zamanı başgicəllənmə meydana çıxa bilən təxm. 80 xəstəlik təsvir olunub.
Diaqnostikadakı çətinliklərə görə başgicəllənmənin səbəbini həmişə müəyyənləşdirmək mümkün olmur. Nəticədə belə simptomlu xəstələrin 20%-ə qədərinə düzgün diaqnoz qoymağa və adekvat müalicə təyin etməyə nail olunur.


Başgicəllənmə zamanı Vertigoheel

Başgicəllənməni yaradan səbəbdən asılı olmayaraq insana kömək etmək lazımdır. Belə hallarda, xüsusən yekun diaqnoz qoyulmayıbsa, Vertigoheel preparatının təyini göstərişdir. Çünki Vertigoheel müxtəlif mənşəli başgicəllənmələr zamanı təyin oluna bilər. Preparatın tərkibində farmakoloji aktiv inqridientlər – Anamirta cocculus, Ambra grisea, xallı badyan (Conium maculatum), neft (Petroleum rectificatum) homeopatik dozalardadır. Preparatın təsir mexanizmi onun kapilyarların genişlənməsinə çoxhədəfli təsirinə əsaslanır.

Vertigoheel-in klinik effektivliyi və təhlükəsizliyi elmi tədqiqatlarla təsdiqlənmişdir. Bu tədqiqatlar vasitəsilə preparatın nəinki başgicəllənmənin müalicəsində effektivliyi, həmçinin betahistin, məbəd ağacı (Ginkgo Biloba) ekstraktı, dimenhidrinat və başgicəllənmə əleyhinə tətbiq olunan başqa preparatlarla terapevtik ekvivalentliyi də sübut olunmuşdur. Metaanalizlərin nəticələri bu tədqiqatların nəticələrini təsdiqlədi, Vertigoheel-in etibarlı effektivliyini və orqanizmin bu preparatı yaxşı qəbul etdiyini sübut etdi.
Vertigoheel-in şübhəsiz üstünlüyü təhlükəsizliyi və orqanizm tərəfindən yaxşı qəbul olunmasıdır. Preparat yanaşı xəstəliyi olan, xəstəlikdən zəifləmiş, yaşlı pasientlərə də təyin oluna bilər.


Xüsusilə qeyd etmək lazımdır ki, Vertigoheel başgicəllənmədən əziyyət çəkən insanların həyat keyfiyyətini şübhəsiz ki, yaxşılaşdırır. Fiziki və emosional vəziyyət, mental sağlamlıq, ağrı, vitallıq göstəriciləri, ümumi sağlamlıq vəziyyəti dəyərləndirilən tədqiqatlar göstərdi ki, preparat tək başgicəllənmə simptomuna deyil, həm də onunla əlaqəli olan digər təzahürlərə də təsir edir.

Vertigoheel 40 ildən çoxdur ki, dünyanın müxtəlif ölkələrində uğurla tətbiq olunur. Hazırda Vertigoheel – Almaniyada başgicəllənmə əleyhinə istifadə olunan ən məşhur preparatdır.