Başgicəllənmədən xilas edəcək vitamin açıqlandı

  • 2020.08.12 16:21
  • 2024 Baxış
Başgicəllənmədən xilas edəcək vitamin açıqlandı


Cənubi Koreya alimləri paroksizmal başgicəllənmədən xilas olmağın yolunu tapıblar.
Medicina.az xəbər verir ki, yeni elmi tədqiqatın nəticəsi Neurology dərgisində çap olunub.


Alimlər başgicəllənmə diaqnozu olan, lakin beynində ciddi şiş və xəstəlik olmayan 957 xəstə üzərində analizlər aparıblar.


Onları 2 qrupa bölüblər: bir qrupa gündə 2 dəfə D vitamini və kalsium verilib, digər qrupa isə plasebo – yəni heç bir təsiri olmayan sadə bir tablet verilib.


Nəticələr göstərib ki, vitamin alan birinci qrupda xəstələrin 24%-də başgicəllənmələrin sayı və tezliyi azalıb.


“Bizim tədqiqat göstərdi ki, kalsium və D vitamini qəbulu bu problem üçün ən münasib müalicələrdən biridir” – deyə alimlər bildirib.