Başınız niyə ağrıyır? - 12 BİLMƏDİYİNİZ SƏBƏB

  • 2021.10.08 16:44
  • 2137 Baxış
Başınız niyə ağrıyır? -  12 BİLMƏDİYİNİZ SƏBƏB
Bu gün başı həftədə 1-2 dəfə ağrımayan insan demək olar ki, yoxdur. Hazırda gərginlik, sinir tipli baş ağrıları üstünlük təşkil edir.

Medicina.az baş ağrısının 12 səbəbini təqdim edir.

1. Beyində şiş
2. Qanda laxtalanma, tromb, damar tutulması
3. Beyində qan dövranı pozulması
4. Qadınlarda menstruasiya və ya klimaks dönəmi
5. Beyin donması tipli baş ağrıları
6. Qrip və infeksion xəstəliklər
7. Çoxsayda ağrıkəsici və digər dərmanların əks təsiri
8. Susuzlaşma
9. Sarsıntı
10. Gözdə qlaukoma
11. Panik ataklar
12. Yüksək və aşağı təzyiq

Sürəkli, davamlı, dərmanın belə zəif kəsdiyi baş ağrıları ciddi xəstəliyin simptomu ola bilər. Əgər baş ağrıları aylar öncə zəif başlayıb, getdikcə şiddətlənir və dözülməz olursa,o zaman nevroloqa getməyin vaxtıdır.

Miqren ağrılarının əlamətləri də şiddətli olur və bunları ayırd etməlisiz:

- Miqren ağrısı gözə vurur
- Mədə bulanır
- Aura olaraq davam edir
- İnsan qaranlığa çəkilir
- Ağrı başın və üzün bir tərəfini sıxır
- 1-2 gün çəkib keçir