Başkent Universiteti Ukrayna səhiyyəsində ilkə imza atdı - Ən böyük tibb mərkəzinin qurulmasına DƏSTƏK

  • 2021.09.17 15:01
  • 2318 Baxış
Başkent  Universiteti Ukrayna səhiyyəsində ilkə imza atdı -  Ən böyük tibb mərkəzinin qurulmasına DƏSTƏK
1993-cü ildən Türkiyə səhiyyəsində keyfiyyətli xidməti ilə seçilən və məşhur dünya markasına çevrilən Başkent Universiteti və xəstəxanası beynəlxalq əlaqələrini genişləndirir.

Dahi öndər Mustafa Kamal Atatürkün mənəvi mirasına sadiq şəxsiyyət Mehmet Haberal tərəfindən qurulan Başkent Universiteti elm, təhsil, səhiyyə v ə tibb xidmətlərini Türkiyədən kənara, xarici ölkələrə ixrac etməyə davam edir.

Medicina.az Orta Asiya və Orta Şərq ölkələri səhiyyəsinə öz modeliylə nümunə olan Başkent Universiteti Ukraynanın Lvov şəhərində qurulacaq ən böyük tibb və transplantalogiya mərkəzinə dəstək və konsultasiya xidmət göstərəcək. Belə ki, Başkent Universiteti onlara bu mərkəzin necə qurulması və idarə olunmasında məsləhətlərini verəcək.

Şirkətin rəhbəri Kirilo Kimakoviç, şirkətin ortağı Yuri Lazarenko və yeni qurulacaq sağlamlıq kompleksinin idarəçisi Veronika Fedişin Ankaraya gəldilər.

Başkent Universitetinin təsisçisi, professor dr Mehmet Haberal və universitetin rektoru, professor, dr. Ali Haberal bu məqsədlə Ukraynadan gələn heyəti qəbul edərək, əməkdaşlıq və işbirliyi müqaviləsinə imza atdılar.

Ukraynanın Monodoctor tibb şirkəti ilə birgə protokol imzalanması mərasimi Başkent Universitetində baş tutdu.
Birgə əməkdaşlıq müqaviləsini professor Mehmeh Haberal, professor dr. Ali Haberal imzaladı.

Lvov şəhərində qurulacaq Ukraynanın ən böyük sağlıq kolpeksi qonşu ölkələrdən də xəstə qəbul edəcək.
Başkent Universiteti isə burdakı sağlıq bölmələrinə konsultasiya xidməti göstərəcək.

Səhiyyə, tibb və təhsilin gələcək inkişafda önəmini vurğulayan professor Mehmet Haberal “sizləri başqa əcnəbi ölkələrə möhtəc etmərik” deyərək, Ukraynaya dəstəyini bildirdi.

Ukraynadan gələn nümayəndə heyəti Başkentdəki üstün keyfiyyəti ölkələrinə daşımaqda israrlı olduqlarını açıqladı.
Qonaqlar Başkent Universiteti xəstəxanası, universitet və onun nəzdində olan qurumlar, 1 milyonluq kitab bazası olan nəhəng kitabxananı, Bağlıca Kampusunu gəzərək tanış oldular.

İmza mərasimi və qonaqlarına şərəfinə axşam yeməyi qarşılıqlı təşəkkürlər, uğurlar və hədiyyələrlə yekunlaşdı.


Ankara, Başkent Universiteti
Medicina.az




Başkent  Universiteti Ukrayna səhiyyəsində ilkə imza atdı -  Ən böyük tibb mərkəzinin qurulmasına DƏSTƏK