Başkent xəstəxanasında İordaniyadan gələn uşaqlara orqan köçürüldü

  • 2023.04.12 16:34
  • 1391 Baxış
Başkent xəstəxanasında İordaniyadan gələn uşaqlara  orqan köçürüldü
Başkent Universiteti Ankara xəstəxanasında İordaniyadan gələn xəstə uşaqlara bir ay ərzində 3 qaraciyər və 2 böyrək nəqli əməliyyatı uğurla icra edilib.


“Medicina” xəbər verir ki, əməliyyat öncəsi uşaqlara mövcud xəstəlikləri nəzərə alınmaqla xüsusi dieta tətbiq olunur.

Əməliyyatdan sonra uşaqlar bundan sonrakı həyatları boyu istədikləri qidaları yeyə biləcək. Uşaqlar bu gün ölkələrinə yola salınıb.

Onların əməliyyatına rəhbərliyi transplantoloq, professor Mehmet Haberal edib.
Uşaqlar artıq qaraciyər və böyrək xəstəsi deyil.

Aygün Musayeva