Başqasının kosmetikasından istifadə edəndə - yoluxa biləcəyiniz xəstəliklər

  • 2023.08.08 15:12
  • 461 Baxış
Başqasının kosmetikasından istifadə edəndə  - yoluxa biləcəyiniz xəstəliklər
Dekorativ kosmetikadan 2-3 adamın birgə istifadəsi, hətta rəfiqənin ənlik, boyasından müvəqqəti istifadə zöhrəvi xəstəliklərə yoluxma ehtimalını artırır.

“Medicina” xəbər verir ki, bu barədə rus həkim Yelizaveta Komarova məlumat verib. Onun sözlərinə görə, xüsusilə dodaq balzamlarından istifadə edənlərə daha həssas yanaşılması tövsiyə olunur.


“Zöhrəvi xəstəliklərlə yanaşı, dodaq balzamı kimi dodaq məhsullarının paylaşılması cinsi yolla ötürülən infeksiyalara yoluxma riski yarada bilər. Belə ki, bu virus hər hansı bir dəri təması, o cümlədən öpüşmə və cinsi əlaqə zamanı ötürülə bilər. Bu virusu daşıyan şəxs dodaq məhsulunu paylaşarsa, paylaşdığı şəxsin də bu virusa yoluxmasına gətirib çıxarır.


Ginekoloq Elizaveta Komarova xüsusi olaraq deyir: “Əgər kimsə oral Herpes keçiribsə və oral seksdən qısa müddət sonra dodaq balzamından istifadə edirsə, dodaq balzamı və boyası da infeksiyanın daşıyıcısı ola bilər".

Xanım