Bayram günlərində zəhərlənənlərin sayı açıqlandı

  • 2026.01.05 10:07
  • 280 Baxış
Bayram günlərində zəhərlənənlərin sayı açıqlandı

Bayram tətili günlərində (dekabrın 31-dən yanvarın 5-dək) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 13 müraciət daxil olub.

Bu barədə Medicina.az -a KTM-dən məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən dördü dərman, biri siçan dərmanı (rodensit), biri dəm qazı, biri yandırıcı məhlul, altısı isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Ölüm faktı qeydə alınmayıb.