Bayramda 2 həftə tətil ürək və ağciyərlərə zərbədir– İşləmək lazımdır

  • 2019.12.19 18:08
  • 2846 Baxış
Bayramda 2 həftə tətil ürək və ağciyərlərə zərbədir–  İşləmək lazımdır

Yeni illə bağlı bir çox ölkələrdə elan olunan 10-12 gün bayram tətili və insanların bayram ab-havasında həyat tərzi, eləcə də çox yeyib içməsi orqanizm üçün faydalı yox, zərbə imiş.

Medicina.az xəbər verir ki, Liverpul universitetinin alimləri bu fikri elmi araşdırma ilə əsaslandırıblar.
Onlar 20-30 yaş və 60-65 yaş arası 46 nəfər üzərində eksperiment aparıblar.

Təcrübənin əvvəlində bu adamların hər biri gündə 7-10 min addım ataraq gəzir, aktiv fiziki hərəkətlə məşğul olurdular.
Onlara Milad bayramı ilə əlaqədar günlərində 14 gün ərzində hər gün gəzmə müddəti və addımların sayını 2 min azaltmağı tapşırırlar.

Tapşırıqdan əvvəl onların ürək və ağciyərləri, qan göstəriciləri yoxlanılmışdı

2 həftəlik bayram günləri təcrübəsindən sonra bu adamların sağlamlıq göstəriciləri dəhşətli dərəcədə dəyişmişdi.

Xüsusilə yaşlı insanlarda ürək əzələsi və sümük kütləsinin azalması, bel və qarında piy qatının artması, ağciyərlərin işində zəiflik qeydə alındı.
Ayaqların gücü yaşlılarda 8%, cavanlarda 5% azalmışdı.

Ürək və ağciyərlərin funksionallığı 10-15% düşmüşdü.

Bu təcrübə sübut etdi ki, 2 həftə evdə oturmaq və fiziki aktivliyi azaltmaq hər gün işləməyə alışmış insanlar üçün faciəvidir.

Eləcə də bayram günlərində qidalanmanın də zərərli olması vəziyyəti pisləşdirir.
Ona görə də 2 həftə dincələcəyik deyə sevinməyə tələsməyin, iş olmasa da aktiv olun.