"Bədbəxt pandemiya imkan vermir ki..." - Putin

  • 2022.02.22 17:34
  • 2761 Baxış
"Bədbəxt pandemiya imkan vermir ki..." -  Putin
Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə maraqlı məqama toxunub.


Bakupost.az xəbər verir ki, o, görüşlərini uzun masa arxasında keçirməsini pandemiya ilə izah edib.

“Bədbəxt pandemiya normal görüşməyə, ünsiyyət qurmağa imkan vermir” deyib, prezidentlər uzun masa arxasına əyləşiblər.

Bununla da V.Putin uzun masa arxasında keçirdiyi görüşlərlə bağlı söz-söhbətlərə də eyham vurmuş olub.

Qeyd edək ki, Putinin bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makronla uzun masa arxasında keçirdiyi görüş geniş müzakirəyə səbəb olmuşdu. Onların bu görüşü sosial şəbəkələrdə zarafat mövzusuna çevrilmişdi.