Bədən və psixi sağlamlıq üçün 5 sadə qayda – Bunları edən çox yaşayır

  • 2023.01.17 21:20
  • 2180 Baxış
Bədən və psixi sağlamlıq üçün 5 sadə qayda  – Bunları edən çox yaşayır

Kent universitetinin alimləri möhkəm ailə bağı və sosial əlaqələrin fiziki və psixi sağlamlığı yaxşılaşdırdığını açıqlayıb.


“Medicina” xəbər verir ki, 122 ölkənin 13 min insanı üzərində aparılmış analizlər göstərib ki, möhkəm ailəsi və dostları olan insanlar daha sağlam, uzun ömür sürüb.

Eləcə də pandemiya dövründə əllərini sabunla tez-tez yuyanlar, sosial məsafəni gözləyənlər və maska taxanlar da sosial əlaqələri yaxşı olanlar idi. Məhz onların sağlamlığı pandemiyada az zərər gördü.
Müəyyən qruplarla təması olan, öz əhatə dairəsi olan insanların psixi sağlamlığı daha yaxşı olub.

Alimlər ölkələrin rəhbərlərinə tövsiyə edib ki, səhiyyə xərclərini azaltmaq üçün insanlarda sosial dəyərlər və ailə möhkəmliyini artırmaq lazımdır.

Aygün Musayeva