Bədəndə fiziki ağrını kəsən mahnılar

  • 2023.10.31 16:25
  • 1043 Baxış
Bədəndə fiziki ağrını kəsən mahnılar


Makqilla Universitetinin alimləri musiqiyə qulaq asaraq ağrını azaltmağın mümkünlüyünü sübut edib.

“Medicina” xəbər verir ki, öncədən də digər alimlər musiqinin ağrıya təsir göstərdiyini bildirmişdi, amma hansı tip melodiyanın ağrıkəsici təsir etməsi öyrənilməmişdi.

Yeni tədqiqatda könüllülərin çiyninə isti predmetlə toxunub ağrı effekti yaradılıb. Bu zaman müxtəlif mahnılar səsləndirilib: bir dəfə sevimli musiqi, digər dəqiqədə tanış olmayan mahnı, eləcə də tam sakit hal.

Müşahidə edilib ki, sevimli musiqiyə qulaq asarkən ağrı və diskomfort hiss olunmayıb.

Eksperiment sübut edib ki, heç də hər musiqi ağrını azaltmır, insanı sakitləşdirmir.

Alimlər hesab edir ki, səs stimulunun səbəbi musiqiyə qulaq asarkən bədəndə, dəridə titrəmə, qıcıqlanma və iynəbatırma təsirinin olmasındadır.

Sorğu göstərib ki, qəmli, xatirələr oyadan musiqi, nostalji mahnılar daha yaxşı ağrıkəsicidir. Çünki onlar daha güclü emosional reaksiya yaradır.


Aygün Musayeva