Mioma və kistalar tibbi olaraq hormonal və bioloji səbəblərlə yaranır.
Amma psixoloji faktorlar bu prosesə təsir edə və ya ağırlaşdıra bilər.
Medicina.az xəbər verir ki, tibdə buna Psixosomatika deyilir.
Tibbi səbəblər
Mioma (uşaqlıq düyünləri):
– estrogen hormonunun yüksəkliyi
– genetik meyl
– yaş faktoru
Kistalar (xüsusilə yumurtalıq kistaları):
– hormonal balanssızlıq
– ovulyasiya pozğunluğu
– stress təsiri
Psixoloji təsir necə olur?
Uzunmüddətli stress və emosional gərginlik:
– hormon sistemini pozur
– sinir sistemini gərgin saxlayır
– bədəndə “saxlama və yığılma” reaksiyası yaradır
Ən çox əlaqələndirilən emosional mövzular
Qadınlıqla bağlı konflikt
– öz qadınlığını qəbul etməmək
– bədənindən narazılıq
- Kişilərlə problemlər
Münasibət travmaları
– kişi ilə inciklik
– xəyanət, tərk edilmə qorxusu
Daxili basdırılmış emosiyalar
– yığılan qəzəb
– deyilməmiş sözlər
– uzunmüddətli inciklik
Ana ilə əlaqə:
– anaya qarşı inciklik
– qadın enerjisini qəbul etməmək
(çünki ilk qadın modeli anadır)
Saxlama” proqramı
Bədən bəzən emosiyanı buraxa bilməyəndə onu fiziki səviyyədə “saxlamağa” meylli olur.
Mioma və ya kistanın səbəbini yalnız psixologiya ilə izah etmək düzgün deyil.
Amma:
✔ Psixoloji yük azalanda
✔ Stress balanslaşanda bədənin özünü bərpa etmə prosesi güclənə bilər.
Aygün Musayeva