Bədəndəki ödemi "udan" içki - Resept

  • 2026.04.20 09:18
  • 124 Baxış
Bədəndəki ödemi "udan" içki -  Resept

Yay gəlməzdən əvvəl ödemdən qurtulmaq istəyənlər bu reseptə müraciət edirlər. Ödem azaldan limonad kimi tanınan bu içki ödemi tez bir zamanda aradan qaldırmağa kömək edir.

Medicina.az xəbər verir ki, yay aylarına daha yüngül və enerjili başlamaq istəyənlər bədəndə yığılan ödemdən qurtulmağın yollarını axtarırlar.

Ödem adətən həddindən artıq duz istehlakı, çoxlu su qəbulu, hərəkətsizlik və ya hormonal dəyişikliklər nəticəsində toxumalar arasında maye yığılması səbəbindən baş verir.

Bu məqamda son zamanlar tez-tez xatırlanan "ödem limonadı" praktik hazırlığı və təravətləndirici təsiri ilə seçilir.

Şişkinliyi azaltmağa və bədəni rahatlatmağa kömək etməsi ilə xüsusilə diqqət çəkən bu təbii içki, təsirini qısa müddətdə göstərdiyinə görə üstünlük verilir.



RESEPT

1 stəkan dəmlənmiş ananas qabıqları

1 limon suyu

1 stəkan su

Bir neçə təzə nanə yarpağı

İstəyə bağlı: bir neçə dilim təzə ananas

Əvvəlcə ananas çayını dəmləyin və soyumağa qoyun. Daha sonra limon suyu, su və soyudulmuş ananas çayını bir sürahiyə əlavə edin.

İstəyə bağlı olaraq, bal əlavə edib qarışdırın. Sonda nanə yarpaqları və ananas dilimləri ilə bəzəyin. Buz əlavə edin və soyudulmuş şəkildə servis edin.

Müntəzəm istehlakla bədəndən artıq mayenin xaric olmasına kömək edə bilən bu içki, xüsusilə isti havalarda təravətləndirici və sakitləşdirici bir seçim kimi seçilir.

Aygün
Medicina.az