Bədənin bu hissəsində dəri xərçəngi ola bilər

  • 2023.04.07 18:53
  • 2584 Baxış
Bədənin bu hissəsində dəri xərçəngi ola bilər
Bədənin müəyyən bir hissəsi var ki, dəri xərçənginin olub- olmamasından xəbər verir.

“Medicina” xəbər verir ki, həkim – kardioloq Aleksandr Myasnikovun sözlərinə görə, dəri xərçənginə xas olan ləkələrin aşkar olmayan yerlərdə meydana çıxması mümkündür.

Bədənin melanoma əlamətlərinin ləkələr şəklində görünə biləcəyi bölgələr var ki, gözdən qaça bilər. Buna görə də bunu yalnız dərin müayinə zamanı aşkar etmək olar.

Melanoma əlaməti ola bilən tünd ləkələr aşkar olmayan yerlərdə - qasıq büküşlərində, ağız boşluğunda, dırnaq ətrafinda, ayaq altında, saç dibində görünə bilər.

Əsasən, qara rəngli və yaxud da tünd qəhvəyi rəngli, bəzi insanlarda isə qırmızı rəngli törəmələr şəklində və yaxud da yaralar şəklində özünü göstərir

Xarici görünüşünə görə, bizim ənənəvi bildiyimiz xallara bənzəyir və bu baxımdan çoxlu sayda xalları olan və yaxud da yenicə dəridə xala bənzər törəməsi yaranan insanlar mütləq melanom haqqında düşünməli və vaxtında dermatoloqa müraciət etməlidir.

Həmçinin, həkim əlavə etdi ki, melanoma üçün xarakterik olan piqmentasiya dırnaq lövhələri altında zədələrdən sonra qançırlar bənzəyən zolaqlar və ya ləkələr şəklində baş verə bilər.

Aygün Musayeva