Bel ağrısı depressiyanın əlamətidir – YOXLANIN

  • 2023.05.23 17:49
  • 2011 Baxış
Bel ağrısı depressiyanın əlamətidir  – YOXLANIN
Bel ağrısı depressiyadan xəbər verə bilər. Avstraliyalı alimlərin elmi araşdırması göstərib ki, məhz depressiya vəziyyətində olan insanlarda bu ağrılara çox rast gəlinir.


“Medicina” xəbər verir ki, depressiya ilə təkrarlanan bel ağrısı arasında əlaqə Sidney Universitetinin mütəxəssisləri tərəfindən müəyyən edilib.

Avstraliyalı həkimlər iddia edirlər ki, xroniki depressiya və xəstə onurğa sadəcə bir-biri ilə əlaqəli deyil, onlar arasında birbaşa mütənasib əlaqə var: insan nə qədər depressiv olarsa, onu narahat edən ağrı da bir o qədər güclüdür.


Tədqiqat göstərib ki, depressiyaya düşən bütün iştirakçıların belində problem 60% artıb.

Bu bir daha onu sübut edib ki, depressiya bir çox insanın düşündüyündən daha mürəkkəb və ağır nəticəli xəstəlikdir.
Mütəxəssislər bel ağrısının fiziki hərəkətsizlik və yuxusuzluqdan qaynaqlandığını, bunun da öz növbəsində hormonal balanssızlıq və beyin biokimyası ilə əlaqəli olduğunu irəli sürürlər.


Xatırladaq ki, 2015-ci ildə ABŞ alimləri depressiyanın psixi pozğunluq deyil, fizioloji xəstəlik olduğunu sübut edən araşdırma da aparıblar.


Aynurə Məmmədova