Bel ağrısının səbəbləri - Xroniki ağrılar nədir?

  • 2022.09.07 14:33
  • 525 Baxış
Bel ağrısının səbəbləri   - Xroniki ağrılar nədir?

Son zamanlar gənclərin oturaq həyat tərzi, kompyuter qabağında uzun müddət çalışması bel, onurğa, çanaq problemlərini artırır.

Eyni zamanda artıq çəki, qorxu və ya psixoloji gərginlikdə beldə ağrıya səbəb ola bilir.


Medicina.az xəbər verir ki, onurğanın arxasında uzun müddət hiss etdiyiniz ağrı, hərəkətlərinizdə məhdudiyyətlilik, əzələ ağrıları və bıçaq batması kimi yaranan ani ağrılar bel ağrısı əlamətləri arasındadırlar. Adətən belə ağrılar onurğanın bel nahiyəsi ətrafında hiss edilsə də, boyunda, qolda və ya ənsədə də hiss edilə bilər. Ancaq hərarətin yüksəlməsi, anidən çəki itkisi, şişkinlik, döş qəfəsində ağrı varsa və ya belinizdən zədə almısınızsa, ayaqlarda uyuşma hiss edirsinizsə və bu şikayətlər sizdə ilk dəfədirsə, həkimə müraciət etməniz tövsiyə olunur.

Bel ağrılarının ümumi qruplaşmış səbəbləri bunlardır:



Son 3 ay içərisində keçirilmiş ciddi travmalar

Bel ağrısı şiddətlidir və istirahət ilə yaxşılaşmadıqda

İmmun sistemə təsir edən xəstəliklər

Uzun müddət kortizol istifadəsi

Əzələ və ya ligament gərginliyi.

Təkrarlanan ağır qaldırma və ya ani bir yöndəmsiz hərəkət bel əzələləri və onurğa ligamentlərini gərginləşdirə bilər. Əgər fiziki vəziyyətiniz zəifdirsə, belinizdəki daimi bir gərginlik əzələlərin zədələnməsinə səbəb ola bilər.

Disk yırtıqları və sinir sıxılmaları. Disklər belinizdəki fəqərələr (vertebrae) arasında yastıq rolunu oynayır. Bir disk içərisindəki yumşaq material bir sinir üzərində sıxışa bilər və ya yırtıla bilər. Bununla birlikdə, bel ağrısı olmadan şişkin və ya yırtılmış bir diskə də sahib ola bilərsiniz. Disk xəstəliyi bir başqa səbəbə görə onurğa rentgenini (KT, MRT və ya digər metodlar) çəkdiyiniz zaman təsadüfən rast gəlinə də bilər.

Artrit. Osteoartrit belin aşağı nahiyəsinə təsir göstərə bilər. Bəzi hallarda, bel bölgəsindəki artrit onurğa beyni ətrafındakı boşluğun daralmasına da səbəb ola bilir.

Skelet pozuntuları. Onurğunuzun yan tərəfə əyilməsinin (skolioz) bir vəziyyət də bel ağrısına səbəb ola bilər, amma ümumiyyətlə orta yaşa qədər insanlarda bu səbəb çox da aktual deyil.

Osteoporoz. Sümükləriniz məsaməli və kövrəkdirsə, inkişaf etdirə bilər.

Aygün Musayeva