Bel və boyun yırtığı əməliyyatlarında yeni metod - Ucuz, ağrısız və zəmanətli... - FOTO

  • 2022.01.24 16:38
  • 9515 Baxış
Bel və boyun yırtığı əməliyyatlarında yeni metod -  Ucuz, ağrısız və zəmanətli... - FOTO
Bu gün müasir insanlar arasında gəncləşən xəstəliklərdən biri də bel, boyun onurğası yırtıqlardır. Eləcə də disk yerdəyişmələri, onurğa ilik kanalında daralma, beldə qırıqlar, onurğa beyni şişləri, digər orqanlardan onurğaya metastazlar əməliyyat tələb edə bilir.

Bu problemlərin müalicəsində endoskopik metodlar dünyada 20-30 ildir tətbiq olunur və hər il daha da təkmilləşir.

Medicina.az xəbər verir ki, onurğa üzrə cərrah, dr. Salim Şenturk beldə yırtığı olan xəstələrin sadəcə 3%-nin əməliyyata ehtiyacı olduğunu açıqlayıb.

Hazırda doktorun tətbiq etdiyi endoskopik diskektomi metodu bel və boyun yırtıqlarında ən son, modern metod hesab edilir.
Endoskopik əməliyyatlar 7 mm qalınlıqda, ucunda kamera olan cihazın içindən icra edilir.



Doktor Salim Şenturk yırtıq xəstələrinə bu əməliyyatın gətirdiyi üstünlükləri sadalayıb:

“Hazırda bel, boyun yırtıqları əməliyyatları klassik kəsikli, mikroskopik və endoskopik yöndə aparılır. Ən son müasir üsul endoskopik diskektomidir. Çox kiçik, 7 mm dəlikdən keçərək əməliyyatı edirik.

Xəstələrin çoxuna heç ümumi anestezi verilmir, sadəcə bel hissə lokal keyləşdirilir.

Qələm qalınlığında bir cihazın içindən, 3-4 mm qalınlıqda cərrahi alətlər istifadə edərək əməliyyat asan icra olunur.
Cərrahi sahədə kamera olduğu üçün cərrahın gözü həmin sahəyə bütünlüklə hakim olur.
Bu şəkildə əməliyyatda qanama miqdarı da çox az olur.
Əməliyyat müddəti 10-45 dəqiqə arası çəkir.

Əməliyyatların çoxu sümük alınmadan, əzələ və toxumalar sıyrılmadan edildiyi üçün xəstələr 1-2 günə normal həyata dönür, əməliyyat sonrası çox rahat keçir.
Əməliyyatdan 2 saat sonra xəstə ayağa qaldırılır, 1 gün sonra evə yazılır.

Endoskopik bel yırtığı əməliyyatında xəstələr əməliyyat masasında üzüüstə yatırdılır
Əməliyyat ucunda kamera olan 77 mm qalınlıqda alət içindən edilir.



Onurğanın kanal darlığı (spinal stenoz) əməliyyatında da bu metod çox uğurludur.

Dr. Salim Şenturk bu xəstəlikdə modern metodun üstünlüklərini açıqlayıb:

“Onurğa beyni və ayaqlara gedən sinirlər ətrafında sümük, liqaman və disklərin yerləşdiyi bir kanal içindədir. Bel nahiyəsində bu kanalda rast gəlinən daralma bir siniri sıxaraq ayaqlara gedən bütün sinirləri qıcıqlandırır.

Xəstədə sinirlərdən qaynaqlanan bel, ayaq ağrısı, ayaqlarda uyuşma, güc azalması, gəzərkən narahatlıq, ayaqda durarkən ağırlıq, ağrı kimi şikayətlər ola bilər.
Buna tibdə spinal stenoz diaqnozu deyilir.

Xəstələrin çoxuna dərman, fizioterapiya kimi müalicələr təyin edilir.
Əməliyyatlar isə fərqli texnikalarla aparıla bilər.

Günümüzdə ən minimal invaziv metod endoskopik olduğu üçün bu metodu daha çox tösviyə edərdim.

Əməliyyatla onurğadakı darlıq açılaraq ayaqlara gedən sinirlər rahatlanır. Xəstələr daha çox spinal anesteziya ilə yatırdılır.

Əməliyyat müddəti 20-90 dəqiqədir.
Xəstə əməliyyatın sabahı evə yazılır.
Əməliyyatdan sonra beldə çox kiçik millimetrik kəsik izi olur.
Endoskopik dar onurğa kanalı əməliyyatında xəstə üzüüstə yatırılır. 77 mm-lik cihaz içindən keçilərək əməliyyat olunur”.


Boyun yırtığında əməliyyatlar

Dr. cərrah Salim Şenturk boyun yırtığı əməliyyatlarının çoxunun da mikroskopla oluna biləcəyini deyib.
Boyun yırtığı əməliyyatlarında endoskopik metod bir qisim xəstədə oluna bilər.

Endoskopik boyun yırtığı əməliyyatının detalları bunlardır:

“Boyunun ön və ya arxa tərəfindən 6 mm-lik, ucunda kamera olan çalışma cihazı ilə keçilərək onurğa fəqərəsi arasından yırtıq toxuması çıxarılır, yırtığın sıxdığı sinir və onurğa iliyi rahat vəziyyət alır.

Bu əməliyyatda da boyunda hər hansı sümük, toxuma, dəri kəsimi, sıyrılması olmur.
Boyun sümükləri arasına hər hansı qəfəs qoymağa ehtiyac yoxdur.
Əməliyyat ortalama 30-90 dəq çəkə bilər.

Xəstələr sabahı evə yazılır. 1 həftə xüsusi boyunluq taxır, 2 həftə ərzində işinə, gündəlik həyatına geri dönür.

Beldə, boyunda, onurğada əməliyyatlar barədə ətraflı məlumat üçün www.salimsenturk.com -a daxil olun.

Eləcə də Dr. Salim Şentürkün İnstagram səhifəsinə baxa bilərsiniz.

İstənilən onurğa, bel, boyun əməliyyatlarının müasir əməliyyatı üçün doktorla məsləhətləşə bilərsiniz.

Medicina.az