Bel yırtığının yaranmasının əsas səbəbləri – Əməliyyatsız müalicə varmı?

  • 2020.11.27 19:07
  • 3811 Baxış
Bel yırtığının yaranmasının əsas səbəbləri  – Əməliyyatsız müalicə varmı?



Bel ağrıları nəinki bu gün, hər zaman ciddi problemlərdən biri olub. Xüsusən Azərbaycanda əhalinin idman və aktiv hərəkətlərdən uzaq olduğunu nəzərə alsaq, bel yırtıqları daha gənc yaşlardan yarana bilir.



Yırtıq fəqər arası diskin nüvəsinin onurğa kanalına doğru çıxması ilə xarakterizə olunan degenerativ nevroloji xəstəlikdir. Yırtıq onurğa kanalının içərisində olan onurğa beyni, onurğa qişaları və sinir kökcüklərinə təsir edir, qıcıqlandırır və xəstələrdə müvafiq şikayətlər yaradır. Bu şikayətlər ilk növbədə beldən ayağa vuran ağrılar, ağrılarla yanaşı keylik, pəncədə zəiflik, ayaqda arıqlama ilə bağlıdır.



Onurğa yırtıqlarının yaranma səbəblər:

Bunlara nizamsız ağır yük qaldırma, kəskin hərəkətlərin icrası, səhv, yöndəmsiz hərəkətlər, ağır fiziki işi, idman, o cümlədən soyuqdəyməni qeyd etmək olar. Amma bu, heç də bütün hallarda fiziki iş görən insanların xəstəliyi deyil. Heç bir fiziki iş görməyən insanlarda da buna təsadüf edir.

Burada irsiyyətdən tutmuş qida, mühit, həyat tərzinə qədər müxtəlif amillərin rolu var. Oturaq işin də bel yırtığının yaranmasında, onurğa sütununun bel hissəsində degenrasiya prosesində, ostexondrozun inkişafında rolu var. Çünki insan oturarkən onun onurğasının yüklənməsi dəfələrlə artır. İnsan ayaq üstə olarkən insanın gövdəsinin yükü daha çox ayaqlara ötürülür, oturarkən isə bu, daha çox onurğanın bel hissəsinə yüklənir.

Bel yırtığından əziyyət çəkən xəstələrin müalicəsinə gəlincə, dərman və fizioterapevtik müalicə üsulları, bunlar effekt verməzsə sonda isə cərrahi əməliyyatdan istifadə olunduğunu nəzərə çatdırıb
Bel yırtıqlarının cərrahi müalicəsi həmin yırtığın xaric edilməsi, yəni yırtıqla sinir arasındakı konfliktin aradan qaldırılmasıdır.

Hər onurğa yırtığı əməliyyat olunmur.

Mütləq göstəriş xüsusi hallarda yaranır. Məsələn, xəstədə qəflətən kəskin sidik ləngiməsi, yaxud aşağı ətraflarda kəskin zəiflik yarandığı hallarda əməliyyata göstəriş mütləqdir. Çünki həmin konflikt vaxtında aradan qaldırılmazsa, o halda bu xəstəliyin sonrakı müalicəsi çox zaman apara, bəzən tam müalicə olunmaya da bilər. Digər hallarda cərrahi əməliyyata göstərişlər isə nisbidir. Yəni xəstə ilə həkim aralarında danışaraq bir qərara gəlirlər.


Əgər xəstə uzun müddət, bir, iki ay, daha çox müddət ağrılardan əziyyət çəkirsə, bu ağrılarda azalma tendensiyası yoxdursa, aparılmış dərman müalicəsi, istər fizioterapiya üsullarının ciddi əhəmiyyəti yoxdursa, yaxud xəstənin aşağı ətrafında artan nevroloji pozuntular əmələ gəlirsə, keylik artırsa, əzələ zəifləyirsə, arıqlama baş verirsə, əməliyyat təklif olunur. Yaxud xəstə bir kurs müalicə alır, yüngül yaxşılaşma olur, qısa müddətdən sonra öncəki hallar təkrar baş verirsə, belə halda biz xəstələrə cərrahi əməliyyat təklif edirik.

Əməliyyatsız müalicə- Bakıda

Amma son zamanlar onurğa problemləri, disk yırtıqları, ağrılar yeni müalicə metodları olan proloterapiya və kök hüceyrə metodu ilə də müalicə edilir. Hazırda Avropa və Türkiyə bu müalicə yollarına üstünlük verir
Əgər siz onurğa yırtığından əziyyət çəkirsizsə və əməliyyatdan çəkinirsizsə, o zaman Bakıda tək və müasir kök hüceyrə mərkəzinə müraciət edərək, əməliyyatsız müalicə oluna bilərsiz.

Kök hüceyrələr xəstənin yağlarından (daha çox qarın, bel nahiyədən) alınır, laboratoriyada xüsusi fermentləşdirilir, ayrılır və lazimi nahiyəyə tətbiq edilir. Xəstə bu zaman 7 dəqiqəlik sedasiyada (yuxuda) olur.


RegenStem Mərkəzi


Əlaqə telefonu:


050 309 77 87