"Belə gedərsə, Türkiyə tam qapadılacaq" - Professor

  • 2021.03.24 14:21
  • 2396 Baxış
"Belə gedərsə, Türkiyə tam qapadılacaq" -  Professor
Türkiyəli professor, həkim Alper Şener Türkiyənin tamamən qapanmaya gedəcəyini bildirib.

Medicina.az xəbər verir ki, professorun sözlərinə görə, son günlərdə maska, məsafə, əl gigiyenası kimi qaydalara riayət edilmir: “Təhlükə böyükdür. Hazırda Avropada olduğu kimi Türkiyədə də üçüncü dalğa yaşanır. Bu artım davam edərsə, Türkiyə tam qapanmaya gedəcək. Ona görə də qaydalara əməl etmək çox önəmlidir. Hazırda koronavirusun bir çox mutasiyaları yayılıb. Türkiyədə də adı qoyulmayan yeni bir mutasiya yayılmış ola bilər. Son günlərdəki artımın səbəbinin bu olduğunu deyə bilərik”.