Belə yatanlar bir gecədə 10 il qocala bilərlər – DİQQƏT

  • 2024.03.28 10:55
  • 301 Baxış
Belə yatanlar bir gecədə 10 il qocala bilərlər –  DİQQƏT
Alimlərin fikrincə, narahat yuxu insanı on yaş qoca hiss etdirə bilər.

Medicina.az xəbər verir ki, İsveçdəki Karolinska İnstitutunun tədqiqatçılarının apardığı araşdırma nəticəsində narahat yuxunun insanı 10 yaş qocalda biləcəyi məlum olub.

Tədqiqatçılar yuxunun insanın özünü neçə yaşında hiss etdiyinə təsirini müəyyən etmək üçün iki araşdırma aparıblar. Əvvəlcə 429 iştirakçıdan 30 gün ərzində neçə gecə narahat yatdıqlarını və oyandıqda neçə yaşında hiss etdiklərini qeyd etmələri istənilib. Təhlil nəticəsində məlum olub ki, qeyri-kafi yuxunun hər əlavə günü üçün subyektiv yaş 0,23 il artıb.

Tədqiqatçılar daha sonra 182 nəfərin iştirakı ilə daha bir araşdırma aparıblar. Bu dəfə onların iki gecə ərzində cəmi dörd saat yataqda qalmalaırna icazə verilib. Müəyyən edilib ki, bu qrup 9 saat yataqda qalan insanlarla müqayisədə 4,44 yaş daha yaşlı hiss edir. Həmçinin hər iki tədqiqatda hipersayıqlıqdan həddindən artıq yuxulu hala keçidin 10 yaş daha qoca hiss etməklə əlaqəli olduğu anlaşılıb. Hər iki araşdırma göstərib ki, yuxu bizim yaş qavrayışımızın formalaşmasında böyük rol oynayır və yaş qavrayışımız son dərəcə elastikdir.

"Bu kəşflər gənclik hissini artırmaq üçün yeni imkanlar açır. 35-40 yaşdan sonra neçə yaşımızda olduğumuzla özümüzü neçə yaşında hiss etdiyimiz arasındakı uyğunsuzluq daha aydın görünür. Bu araşdırmalar göstərir ki, yuxu vərdişlərimiz nə qədər yaşlı hiss etdiyimizi formalaşdırmaqda rol oynaya bilər. Öz yaşımızdan daha gənc hiss etməyin daha uzun yaşamaq, daha yaxşı psixi və fiziki sağlamlıq, eləcə də daha müsbət psixologiyaya sahib olmaqla əlaqəli olduğu bilinir. Belə çıxır ki, bütün bunlar üçün yaxşı yuxu vacibdir”, - deyə tədqiqatçılar qeyd ediblər.

Qeyd edək ki, tədqiqatçılar öz nəticələrini “Proceedings of the Royal Society B” jurnalında dərc etdiriblər.

Aysel