Bərdədə ana doğuşda öldü - TƏBİB-dən AÇIQLAMA

  • 09 İyl 2022 16:17
  • 649 Baxış
Bərdədə ana doğuşda öldü    - TƏBİB-dən AÇIQLAMA


Tərtər rayonundan ağır preeklampsiyası olan 38 həftəlik hamilə qadın Bərdə Doğum Evinə müraciət edib. Bundan əvvəl də iki dəfə qeysəriyyə əməliyyatı keçirən qadının arterial təzyiq problemi olub.


TƏBİB-dən Bakupost.az -a verilən məlumatda bildirilir ki, əməliyyata qəbul edilən qadının vəziyyəti qənaətbəxş olmayıb:


"Uşaq əməliyyat yolu ilə ana bətnindən azad edilib. Reanimasiyaya yerləşdirilən qadının zahılıq dövründə də preeklampsiyası davam edib. Onun müalicəsi üçün Bakı və Sumqayıtdan həkim-mütəxəssislər cəlb edilib, bütün zəruri tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Uşağın vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir".