Bəşəriyyəti kovid pandemiyasından daha dəhşətli nə gözləyir? - ÜST açıqladı

  • 2021.10.25 17:03
  • 2216 Baxış
Bəşəriyyəti kovid pandemiyasından daha dəhşətli nə gözləyir? -  ÜST açıqladı
Dünya Səhiyyə təşkilatı iqlimdə neqativ dəyişiklərin insan orqanizminə zərərli təsiri barədə xatırlatma edib.

Medicina.az xəbər verir ki, təşkilat son ildə ekstremal hava dəyişikliyi, güclü yağıntılar, isti dalğalarının soyuqla əvəzlənməsi, maqnit tufanlarının bəşəriyyətdə xəstəlik və tez ölümlərə səbəb olduğunu qeyd edib.

ÜST gələn həftə baş tutacaq BMT-nin 26-cı sessiyasında Yerdə istiləşmənin yarım dərəcə selsiy civarində qalması üçün tədbirlər planının qəbul ediləcəyinə ümid edir.

“İqlim dəyişikliyi insanlığın sağlamlığı üçün yeganə nəhəng təhlükədir. Klimatik krizis dünya səhiyyəsinin son 50 ildə əldə etdiyi inkişafı heçə endirir, yoxsulluğu artırır.

Dəyişkən ekstremal hava insan orqanizminə fəsad verir, ölümləri artırır”.

ÜST dövlətləri və rəhbərləri öz ölkələrinin vətəndaşlarını güclənən iqlim dəyişikliyindən qorumaq üçün lazımi tədbirlər görməyə, energetika, nəqliyyat və ətraf mühitin qorunması üçün əməli işlər görməyə çağırır. Havanın çirkləndirilməsinin qarşısının alınması 80% halda bu səbəbdən ölümləri azalda, ÜST tərəfindən təklif olunan qidalanma isə ildə 5 milyon insanı vaxtsız ölümdən xilas edə bilər.


Məruzədə ölkələrə 10 tövsiyə və məsləhət təqdim olunub