ANS telekanalından tanınan jurnalist Sevda Həsənova 3 gün öncə beyin əməliyyatı keçirib.
Medicina.az xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasından jurnalistin səhhəti ilə bağlı açıqlama verilib.
“1970-ci il təvəllüdlü şəxs Respublika Neyrocərrahiyyə Xəstəxanasının Reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb. Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”.
55 yaşlı Sevda Həsənova 1994-cü ildən 2006-cı ilə qədər ANS-də çalışıb. Daha sonra faəliyyətini istipress.com saytında davam etdirib.
medicina.az