Beyin fəaliyyətini yaxşılaşdıran – 10 əsas qida

  • 2023.05.23 11:25
  • 2358 Baxış
Beyin fəaliyyətini yaxşılaşdıran  – 10 əsas qida
Möcüzəvi həblərin və enerji içkilərinin köməyi olmadan, xüsusən də imtahanlardan əvvəl beynin işləmə qabiliyyətini artırmaq olar.


“Medicina” xəbər verir ki, beyinə daxil olan və çıxan sinir impulslarının sürəti saatda 274 kilometrə bərabərdir. Bu impulsların surəti təxminən Formula avtomobillərinin surəti ilə müqayisə olunur.

Beyin üçün 10 voltluq lampa gücündə enerji tələb olunur. Alimlər iddia edirlər ki, insanın intellekt səviyyəsi nə qədər yüksəkdirsə, bir o qədər çox yuxu görür.

Əksər insanlarda beyin deyəndə qoz ləpələrinə oxşar boz maddə assosiasiyası yaranır. Lakin canlı beyin tünd qəhvəyi rəngli, su və qandan təşkil olunmuş yumşaq orqandır.

Beyinə qidalanma və su təsir edir.

Əsas qidalar bunlardır:

• yaşıl yarpaqlı tərəvəzlər, xüsusən kələm, ispanaq;
• yağlı balıq - qızılbalıq, siyənək, skumbriya

• giləmeyvələrdən moruq, yaban mersini, mərcangilə, zoğal yemək yaxşıdır;
• qoz - beynin düzgün işləməsi üçün lazım olan ən çox yağa sahibdir

• beynin böyük miqdarda məlumatı daha sürətli emal etməsinə kömək edən qəhvə və çay, lakin əsas odur ki, həddi aşmayın.

Pensilvaniya Universitetinin alimləri siqaretin daha bir zərərli təsirini aşkar ediblər. Məlum olub ki, siqaret beyin həcminin azalmasına və demensiyanın inkişaf riskini artıra bilər.


Günay Quluzadə