Beyin şişinin ağlagəlməz əlaməti

  • 2024.01.18 15:23
  • 917 Baxış
Beyin şişinin ağlagəlməz əlaməti

Beyində şiş digər orqanlara nisbətən birincili olaraq, yaranması az halda olsa da, çox zaman bu orqana metastazlar yayılır.

“Medicina” xəbər verir ki, terapevt Yelena Malışeva başgicəllənməyə diqqət yetirməyə çağırıb.

Bu dəfəki “Jit Zdorovo” verilişində o, bu xərçəngin ağlagəlməyən simptomunu bildirib.

“Başgicəllənmə həm insultun xəbərçisi, həm də beyində yeni törəmənin əlaməti ola bilər.
Başgicəllənmə zamanı mütləq nevroloq müayinəsi və kontrastlı MRT lazımdır.

MRT-ə qədər isə yuxu arteriyalarının USM müayinəsi də lazımdır. Çünki başgicəllənmənin səbəbi yuxu arteriyalarının tıxanması ola bilər.

MRT beyin törəməsini asanlıqla göstərə bilər.

Bundan sonra onkoloq məsləhətləşməsi vacibdir”.

Aygün