Beyin xərçəngi üçün ən xarakterik simptom - AÇIQLANDI

  • 2022.10.14 18:37
  • 2672 Baxış
 Beyin xərçəngi üçün ən xarakterik simptom  - AÇIQLANDI


Beyində şiş inkişaf edəndə təkcə psixi davranış pozuntuları yox, mədə-bağırsaq pozulmalarfı da ola bilər.

"Medicina" xəbər verir ki, Britaniyanın Canser tibbi təşkilatının mütəxəssisləri xəstələrin çox vaxt nəzərdən qaçırdıqları simptomu açıqlayıb.

Beyində olan hər şiş bədxassəli olmur, baş beyində şiş yarandıqda neyrohüceyrələrin anomal böyüməsi baş verir.

Anomal hüceyrələr ya məhz baş beyində yerləşir, ya da digər orqanlardan yerdəyişmə edərək, ikincili beyin şişləri yarada bilər.

Beyin şişlərinin simptomları hansı orqanın zədələnməsindən asılı olaraq dəyişir.

Məsələn, xəstə daim ürəkbulanma və qusma hiss edir.

Eləcə də yuxululuq, psixi pozulma, yaddaşda problemlər, qıcolmalar, baş ağrısı, bədənin bir tərəfinin iflici, gözdə və nitqdə pozulma və s.

Ona görə də baş beyin şişi konkret başda əlamət verər deyə düşünmək olmaz.

Aygün Musayeva