Beyində mikroplastik aşkarlandı

  • 2024.04.18 21:15
  • 414 Baxış
Beyində mikroplastik aşkarlandı
Alimlər insanların öd daşlarında və siçanların beyinlərində mikroplastiklər aşkarlayıblar.

Medicina.az xəbər verir ki, mütəxəssislər mikroplastiklərin demək olar ki, yox olmadığını, sadəcə parçalanaraq daha kiçik hissəciklərə ayrıldıqlarını bildirirlər.

Mikroplastiklər indi hər yerdə, o cümlədən nəfəs aldığımız hava, içdiyimiz su və yediyimiz yeməklərdə də var. Yeni araşdırma mikroplastiklərin hətta beyinə də sızdığını üzə çıxarıb.

Tədqiqat zamanı sağlam siçanlar dörd ilə səkkiz həftəlik müddət ərzində mikroplastik tərkibli qidalara məruz qalıblar. Alimlər müəyyən ediblər ki, bu maddələr heyvanların qaraciyərinə, böyrəklərinə və beyinlərinə zərər verib.

Başqa bir araşdırma nəticəsində məlum olub ki, insanların öd kisəsində mikroplastiklər var ki, bu da pankreatit və mədəaltı vəzi xərçəngi riskinin artmasına səbəb ola bilən öd daşlarının əmələ gəlməsinə kömək edir.

Nanoplastiklərin orqanlara daha asan nüfuz etdiyi də aydınlaşıb. Bu yeni tədqiqatlar çox vacibdir, çünki mikroplastiklərin qidadan orqanizmin bir çox orqanına nə qədər tez çata biləcəyini göstərir.

Alimlər mikroplastiklərin sağlamlığımıza təsir göstərə biləcəyi bütün yolları araşdırmağa davam edirlər.

Son tapıntılara görə, mikroplastiklər hazırda xərçəng və hətta demans riskinin artması da daxil olmaqla bir çox xəstəliyin kökündə dayanan əsas səbəb ola bilər.

Mütəxəssislər bədənimizdə yığılan mikroplastiklərdən heç vaxt xilas ola bilməyəcəyimizdən ehtiyat edirlər.


Aysel