Beyini məhv edən qidalar açıqlandı – Qocalanda əqli gerilik yaradır

  • 2020.05.04 17:19
  • 2524 Baxış
Beyini məhv edən qidalar açıqlandı  – Qocalanda əqli gerilik yaradır

Bu qidaları sevənlərin beyni zərər görür və onlar yaşlandıqca demensiya, alsgeymer, yaddaş zəifliyi, hərəkətlərdə geriləmə keçirəcək.


Medicina.az xəbər verir ki, amerikalı alimlər bu qidaların kartof, peçenye, pirojna, tort, emal olunmuş və çox qızarmış ət, kolbasa, sosis olduğunu açıqlayıb.

Elmi araşdırmada 70-78 yaş arası 209 insan iştirak edib. Onlardan 418 nəfərində demensiya var idi. İştirakçılar gündəlik menyularını açıqlayıb. Həkimlər onları ayda bir dəfə müayinə edib.


Alimlər aydınlaşdırıb ki, demensiyası olan yaşlılar hisə verilmiş qidalar, ət, kolbasa, desertlər, şəkər və spirtli müntəzəm qəbul edir və xoşlayır.
Əqli normal olan yaşlılar isə balıq, tərəvəz, meyvə xoşlayanlardır.

Alimlər 50 yaşdan sonra zərərli qidaları menyudan tam çıxarıb, göyərti, yaşıl tərəvəzlər, qoz, balıq, dəniz məhsulları bol yeməyi tövsiyə edir.