Beyni Parkinsondan qoruyan içki açıqlandı

  • 2024.01.16 18:49
  • 922 Baxış
Beyni Parkinsondan qoruyan içki  açıqlandı
İtaliyalı alimlər beyni Parkinson və demensiya kimi xəstəliklərdən qoruya biləcək içkini açıqlayıblar.


“Medicina” xəbər verir ki, italyan nevroloqlar müntəzəm olaraq, təzə qəhvə içməyin beyni ağır xəstəliklərdən qoruduğunu müəyyən ediblər.

Onların fikrincə, içkidə olan kofein beynin motorikasını yaxşılaşdırır, əsmələrə qarşıdır.

Qəhvədə olan aktiv birləşmələr sinir hüceyrələrinə faydalıdır, hətta müalicəvi təsir edir.

Qısamüddətli perspektivdə kofein əhvalı yaxşılaşdırır, reaksiyaları sürətləndirir, uzun müddətdə isə sinir sistemini xilas edir.

Elmi tədqiqatlar göstərib ki, kofein Parkinson riskini 29%, Alsgeymer riskini 65% azaldır. Lakin bu tədqiqatlar hələ son deyil.

Aygün Musayeva