Beynin qocalmasının qarşısını alan qida - Nevroloq açıqladı

  • 2022.10.06 15:51
  • 2188 Baxış
Beynin qocalmasının qarşısını alan qida   - Nevroloq açıqladı


Balıq və Omeqa 3 beynin qocalmasının qarşısını alıb, onun sağlamlığını təmin edir.

"Medicina" xəbər verir ki, nevroloq Aleksandra Aleksina beyinin ən çox ehtiyac duyduğu qidanı açıqlayıb.

"Elmi araşdırmalar sübut edib ki, Omeqa 3 ilə zəngin qidalar yeməmək çoxsaylı koqnitiv problemlərə səbəb olur.
Yeni elmi iş beyinin ən çox Omeqa 3-ə ehtiyac duyduğunu göstərib.

İnsanlar yüksək olmayan dozada Omeqa 3 qəbul edərsə, daha doğrusu okean, dəniz balıqları yeyərsə, söz bazası, yaddaş və koqnitiv funksiyalarını yaxşılaşdıra bilərlər.

40-50 yaş arası insanlar üzərində aparılan tədqiqat eritrositlərdə Omeqa-3 olmasının beynin strukturu və koqnitiv fəaliyyətinə müsbət təsir etdiyini sübut edib.

Beynin Hippokamp hissəsinin tutumunu artırmaq üçün yüksək indeksli Omeqa 3 lazımdır.

Hippokampın sağlamlığı beynin qocalmasının qarşısını alır.

Yeni düşüncələr, geniş düşünmək və yeni informasiyaları yadda saxlamaq, öyrənmək üçün Omeqa 3 miqdarı çox olmalıdır.

Bu logik düşüncə qabiliyyətini də artırır.

Bir sözlə, beynini gücləndirmək istəyən yağlı dəniz və çay balıqları yesin.
Sintetik balıq yağından uzaq durun".

Aygün Musayeva