"Bəzən dərmanlar çox yüksək qiymətlərə satılır" - Millət vəkili həkim

  • 2022.05.13 16:28
  • 1952 Baxış
"Bəzən dərmanlar  çox yüksək qiymətlərə satılır"  - Millət vəkili həkim

“Dərman vasitələri ölkəmizə qanunvericilik əsasında gətirilir”.


Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri müavini, t.e.d. Rəşad Mahmudov deyib.


Medicina.az məlumatına görə, deputat bildirib ki, bəzən ehtiyac olan dərmanlara əlçatanlıq az olur:


“Bəzən dərmanlar uyğun olmayan çox yüksək qiymətlərə satılır. Bu gün dövlətin aidiyyəti qurumları ortaq müzakirələrlə dərmanların gətirilməsiylə bağlı qanunvericiliyin tələblərinin ən yüksək səviyyədə həyata keçirilməsi üçün güclərini səfərbər ediblər.


Hər bir vətəndaşın özünü rahat Azərbaycan səhiyyəsinə əmanət etməsi üçün var gücü ilə çalışırıq. Yaxın gələcəkdə biz bunların nəticələrini görəcəyik”.