Bezləri sıxmayın, diz üstündə silməyin - Ev təmizliyində bunlara diqqət edin

  • 2020.10.06 16:45
  • 5042 Baxış
Bezləri sıxmayın, diz üstündə silməyin  - Ev təmizliyində bunlara diqqət edin
Ev təmizliyində dönmə və ani əyilmələr travmalara, bel tutulmasına, yaralanmalara səbəb ola bilər.

Medicina.az həmin araşdırmanı təqdim edir:

1 saat təmizlikdən sonra 15 dəqiqə istirahət edin



Bir müddət təmizlik etdikdən sonra mütləq istirahət edilməlidir. Məsələn, 1 saat tozsoranla işimizi gördükdən sonra dincəlməli və ya toz almağa keçə bilərik.

Diz üstündə silməyin və bezləri sıxmayın



Diz üzərində əyilərək edilən silmə işi mələhət görülmür. Çünki bu diz sağlamlığı üçün olduqca böyük problemlərə səbəb ola bilər. Ona görə də çubuqlu təmizlik vasitələrindən istifadə edin.



Bez sıxmaq da təmizlikdə edilən səhvlərdən biridir. Bezləri top halına gətirərək, əl biləyini çevirmədən ovuc içində sıxmalısınız.

Ağır yükləri tək qaldırmayın

Xüsusi ilə də müəyyən yaşdan sonra xanımlar həm sümük əriməsi, həm də beldə olan tutulmalara görə bu kimi ağır işlərdən uzaq durmalıdır. Həmçinin, həkimlər qeyd edirlər ki, müəyyən yaşdan sonra yuxu çox önəmlidir. Oturarkən çox yumşaq olmayan divanlarda mümkün olduqca dik, ayaqlar yerə dəyəcək şəkildə oturun. Bel boşluğu yastıqla dəsrəklənməlidir.

Aygün Nəbiyeva