Bildirçin yumurtası möcüzəvi qida deyil, amma danışığın inkişafına təkan verir.
Medicina.az xəbər verir ki, bunu loqoped-defektoloq Səbinə Şahlarova bildirib.
Ekspert qeyd edib ki, bildirçin yumurtasının tərkibində protein, fosfor və dəmir var:
"Bunlar beynin inkişafını aktivləşdirir. Bu zaman uşaqlarda yaddaş, qavrama inkişaf edir. Bu da onların nitqinin açılması üçün faydalıdır. Övladınıza bildirçin yumurtası verməmişdən əvvəl mütləq həkimlə məsləhətləşin. Uşaqda allergiya olarsa, yumurtanı vermək onları daha da geri sala bilər".
Loqoped əlavə edib ki, bildirçin yumurtası uşaqlarda immuniteti gücləndirir:
"Bir uşaq zəifdirsə, tez-tez xəstələnirsə, bu da loqopedik seanslara mənfi təsir edər. Yəni uşaq dərsdə oturmur, artikulyasiya əzələləri zəif olur və tapşırıqları yerinə yetirə bilmir. Ümumiyyətlə, tək bildirçin yumurtası deyil, artikulyasi gimnastikaları, loqopedik seanslar uşaqların inkişafı üçün faydalıdır".
Aygün
Medicina.az