Bilirdizmi, təzyiq dərmanları xərçəngə səbəb ola bilər?

  • 2020.11.03 14:35
  • 6419 Baxış
Bilirdizmi, təzyiq dərmanları xərçəngə səbəb ola bilər?

Yüksək təzyiq dünyada ürək tutması və insultdan ölümlərin başında dayanan gizli düşməndir.
Bu gün tibb az qala hər ay yeni-yeni, daha güclü, daha innovativ təzyiq salıcı dərmanlar təqdim edir.

Təzyiq salıcı dərmana başlayan xəstə pnu hər gün, təzyiq normada olsa da qəbul etməlidir.
Medicina.az xəbər verir ki, yüksək qan təzyiqi arterial damarlarda olan qanın axım təzyiqinin göstəricisidir.

Təəssüf ki, təzyiq dərmanları bir tərəfdən insana xeyirlidirsə, digər tərəfdən zərərlidir. Məsələn, Valsartan dərmanı ilə bağlı xoşagəlməz məsələ.

Bir çox ölkələr bu dərmandan imtina edur, çünki onda potensial xərçəng tötədici olan NDMA maddəsi var. ABŞ Dərmanlara nəzarət idarəsinin araşdırmasına görə, Amerikada Valsartan qəbul edən xəstələrdən ən azı 1%-i 4-5 il ərzində xərçəngə tutulur.

NDMA maddəsi həmçinin çirkli ekoloji sularda, hövzələrdə də var.

N- Nitrozodimmetilamin adlı bu maddə dərmanların təkibinə necə keçib, bu barədə hələ məlumat yoxdur. Çox güman ki, dərmanların hazırlandığı digər maddə vu sulardan ötürülüb.


NDMA həmçinin tütün, hisə verilmiş ət, kolbasa, pivə, pendir, müxtəlif yuyucu vasitələr və şampunlarda da olur.
Bu maddə 2 A kanserogen qrupuna aiddir.