Binəli Yıldırım koronavirusa yoluxdu

  • 2020.09.03 15:40
  • 2709 Baxış
Binəli Yıldırım koronavirusa yoluxdu

Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım və həyat yoldaşı Semiha Yıldırım COVİD-19-a yoluxub.

“BakuPost” xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Səhhətimizdə yaranmış narahatlıqla əlaqədar bu səhər Semiha xanımla birlikdə Ankara şəhər xəstəxanasına getdik. COVİD-19 testimiz müsbət çıxdı. Səhəttimizdə elə bil problem yoxdur. Həkimlərimiz evdə müalicə almağımızı məsləhət gördü. Vətəndaşlarımızdan qaydalara riayət etmələrini xahiş edirik”, - deyə B.Yıldırım qeyd edib.