Autizmin müalicəsində İnteqrativ metodlar

  • 2024.04.03 14:40
  • 347 Baxış
Autizmin müalicəsində    İnteqrativ metodlar

Aprelin 2-də “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloq və mütəxəssislərdən ibarət bir qrup nümayəndəsinin Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimləri ilə görüşü olub.


İnteqrativ Müalicə Mərkəzinin baş həkimi Gülnar Quliyeva əvvəlcə qonaqlara Bakıdan əlavə Göyçay, Sumqayıt və Masallıda fəaliyyət göstərən filiallarda həyata keçirilən müayinə və müalicə üsulları barədə məlumat verib.


Qeyd edib ki, İnteqrativ Təbabət sağlamlıq və optimal müalicəni təmin etmək üçün tibbin bütün sübut olunmuş üsullarını özündə birləşdirir. Almaniya, İsveçrə, İtaliya, Belçika, Avstriya kimi inkişaf etmiş ölkələrdə İnteqrativ Təbabət metodları ilə müalicəyə üstünlük verilir.Bu metodlar xüsusilə, xroniki, çətin sağalan və ya sağalması mümkün olmayan xəstəliklərin müalicəsində daha effektiv və təhlükəsizdir.


Daha sonra Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda seminar və xəstə qəbulu keçirən bir sıra xarici ölkənin bu sahədə tanınmış həkim və mütəxəssisləri və Müalicə Mərkəzinin əməkdaşlıq etdiyi xarici dərman firmaları barədə.(HEEL, GUNA, SYMBİO PHARM, SANUM KEHLBECK və s.) slayd nümayiş etdirilib.

Önəmli bir fakt da qonaqların nəzərinə çatdırılıb ki, Almaniya və İtaliya istehsalı olan biotənzimləyici preparatlar orqanizmə heç bir zərər vermir, nano dozada və təbii tərkibli olduğuna görə orqanizm tərəfindən asanlıqla mənimsənilir.
G.Quliyeva sonda Ümumdünya autizm gününə təsadüf edilən bu görüşün hər iki tərəf üçün əhəmiyyətli olacağına ümid bəslədiyini bildirib.



Qeyd olunub ki, autizm xəstələrində bağırsaq keçiriliciyinin yüksəlməsi müşahidə edildiyindən canlı qanın müayinəsi həkimə daha ətraflı informasiya vermək baxımından vacib bir müayinə üsuludur və bu müayinə Azərbaycanda yalnız Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin filiallarında həyata keçirilir.


Canlı qanın müayinəsi üzrə mütəxəssis Amalya Rəhimova autizmli xəstələrdə müayinə zamanı müşahidə etdiyi faktları görüş iştirakçıları ilə bölüşüb.


Sonra uşaq nevroloqu Təranə Həşimova, nevroloq Ülviyyə Səlimova, pediatr Sevinc Abdullayeva, həkim-fizioterapevt Nuriyyə Əlibəyli belə xəstələrin müalicəsində effekt almaq üçün komanda işinin vacibliyini vurğulayaraq İnteqrativ Müalicə Mərkəzinin uğurlu nəticələrindən danışıblar.


Görüşün sonunda “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva qeyd edib ki, autizm xəstələrinin müalicəsi üçün lazımi şəraitlərinin olmasına baxmayaraq müalicə prosesində nevroloqların konsultasiyasına hər zaman ehtiyac duyulur.


Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində çalışan həkimlərin peşəkarlıqlarına əmin olduğuna görə qarşlıqlı əməkdaşlığın da fayda verəcəyinə inanır. Mərkəzin Əhmədli, Gənclik, Xırdalan, İnşaatçılar filiallarının psixoloqları da çıxışlarında autizmli xəstələrin müalicəsində əldə etdikləri uğurlar barədə məlumat veriblər.

Görüşdə iştirak edən həkimlər və psixoloqlar autizmli xəstələrin müalicəsində rast gəldikləri problemləri müzakirə edərək belə nəticəyə gəliblər ki, bu xəstələrdə müəyyən müddətli remissiya almaq , onların sosial həyata adaptasiyasına yardımçı olmaq baxımından birgə iş birliyi vacibdir. Görüşün sonunda qarşılıqlı əməkdaşlıq barədə təklif və fikirlər səsləndirilib.


Aygün M