Bir ailə dəm qazından zəhərləndi

  • 2025.12.17 15:41
  • 63 Baxış
Bir ailə dəm qazından zəhərləndi


Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Medicina.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində baş verib.

Qovlar şəhər sakinləri – 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı zəhərlənmə diaqnozu ilə dünən günorta saatlarında xəstəxanaya yerləşdiriliblər.

Dərhal tibbi yardım edilən zərərçəkənlərin vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.